Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək- ADLAR

mədəniyyət
mədəniyyət

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsinə başlayır.

AzPost xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, layihələrin bədii və texniki qiymətləndirilməsi işləri ARKA-da fəaliyyət göstərən Bədii Şura üzvlərinə həvalə edilib.

Belə ki, aşağıdakı mədəniyyət xadimləri Kino Agentliyində fəaliyyət göstərən Bədii Şura üzvü olaraq istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərini aparacaqlar:

1) Mahmudov Abduləhəd Əliisa oğlu
2) Camalov Vüqar Vaqif oğlu
3) Əliyev Rüstəm Qədim oğlu
4) Paşayev İlqar Əli oğlu
5) Rzayev Yavər Maarif oğlu
6) Hüseynli Səbinə Vaqif qızı

Razılaşmaya əsasən, ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək.

Xatırladaq ki, Kino Agentliyində bir müddətdir kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii şura fəaliyyətə başlayıb. Filmlərin istehsalata buraxılmasına və hazır sənət nümunəsi kimi qəbul olunmasına Bədii Şura qərar verir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.