Əkrəm İmamoğlu məhkəməyə aparılıb

Polis əməliyyatı zamanı saxlanılan İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlu tibbi müayinədən keçdikdən sonra məhkəməyə aparılıb. 

AzPost bildirir ki, İmamoğlunun İstanbulun şimalındakı Sarıyer rayonundakı evində axtarışlar davam edir. Prokurorluq mer və onun administrasiyasının üzvlərinə qarşı korrupsiya və terrorçularla əməkdaşlıq ittihamı irəli sürüb.

Hazırda İstanbulda internetlə bağlı problemlər, messencerlərə məhdudiyyətlər var.

İstanbul Valiliyi açıqlamasında 19-23 mart tarixləri arasında nümayişlərin qadağan edildiyini bildirib.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.