Ukrayna prezidenti Zelenski ABŞ lideri Trampla danışıqlar zamanı Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa razılaşıb.
AzPost bildirir ki, bu barədə Bloomberg danışıqlardan xəbərdar mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hər iki tərəf növbəti atəşkəs üçün işləmək barədə razılığa gəlib.
Məlumat rəsmi olaraq təsdiqlənməyib. ABŞ və Ukrayna hələlik danışıqların təfərrüatlarını açıqlamayıb.