Bu gün London Metal Birjasında (LME) misin qiyməti 5,1% ucuzlaşaraq bir ton üçün 8890,5 dollar təşkil edib.
AzPost İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə birja məlumat yayıb.
Qeyd edilib ki, bu, 2022-ci ilin iyulundan bəri ən böyük azalmadır.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın bir çox ölkələrdən gələn mallara kütləvi rüsumlar tətbiq etməsindən sonra ticarət müharibəsi kəskinləşdiyindən investorlar qlobal tənəzzüldən narahatdırlar.