Səfərbərlik xidmətinin idarə rəisi həbs edildi

Həbs
Həbs

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib. AzPost “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.

Həmin rəis bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, 3 aylıq həbs edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.