Prezident Putin separatçı Abxaziya və Cənubi Osetiya sakinlərinə Rusiya pasportları veriməsi ilə bağlı fərman imzalayıb.
AzPost bildirir ki, Putin fərmanına əsasən Abxaziya və Cənubi Osetiya vətəndaşları sadələşdirilmiş qaydada Rusiya pasportlarını ala biləcəklər.
Sənəd hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilib.
Sərəncama grə, 2008-ci il avqustun 26-da bu “respublikalar”ın “vətəndaşı” olmuş 18 yaşına çatmış Abxaziya və Cənubi Osetiya sakinləri beş il Rusiyada yaşamaq, rus dilini bilmək, Rusiya qanunvericiliyinin tarixini və əsaslarını bilmək kimi tələblərə cavab vermədən Rusiya vətəndaşlığı üçün müraciət edə bilərlər.
Abxaziya və Cənubi Osetiya sakiləri ərizə ilə Rusiyanın bu separatçı “respublikaların” ərazisindəki diplomatik nümayəndəliklərinə, Rusiyada olduqları halda isə Daxili İşlər Nazirliyinin ərazi orqanlarına müraciət edə bilərlər.
Bundan əlavə, hökumətə Rusiya pasportlarının “Abxaziya Respublikası” və “Cənubi Osetiya Respublikası” ərazilərində səlahiyyətli şəxslər tərəfindən” verilməsi qaydasını müəyyən etmək tapşırılıb.
Sənəddə deyilir ki, fərman “insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi məqsədilə”, habelə Rusiya, Abxaziya və Cənubi Osetiya arasında ikili vətəndaşlıq məsələlərinin həllinə dair sazişlərə uyğun olaraq imzalanıb.
Xtırladaq ki, adı çəkilən bölgələr beynəlxalq hüquqa əsasən Gürcüstana məxsusdur. 90-cı ilələrin əvəvlərində baş vermiş separatçı hərəkat nəticəsində öz “müstəqilliklərini” elan ediblər.
Dünya ölkələri bu əraziəri Gürcüstan kimi tanıyır.