Azərbaycanda yeni qaydalar gəlir- Saatlıq əməkhaqqı və məsafədən iş

Dövlət sifarişli ixtisaslar
Dövlət sifarişli ixtisaslar

Azərbaycanda əmək münasibətlərinin müasir tələblərə uyğun tənzimlənməsi istiqamətində növbəti addım atılıb. AzPost xəbər verir ki, məsafədən iş rejiminin rəsmiləşdirilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi və işçilərin hüquqlarının qorunması ilə bağlı qanun layihələrinin bir hissəsi artıq hökumətə təqdim olunub.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Nazirlikdən bildirilib ki, Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunur.

Hazırda təqdim edilmiş layihələrə baxılır və digər sənədlər də razılaşdırılma mərhələsindədir. Nazirlik əlavə edib ki, bu layihələrlə bağlı yeniliklər olduqda ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev daha əvvəl çıxışında Azərbaycanda 200-ə yaxın dəyişiklik üzərində iş getdiyini açıqlamışdı. Dəyişikliklər sırasında məsafədən iş qaydalarının tənzimlənməsi, saatlıq əməkhaqqı sistemi, bərabər dəyərli əməyə görə bərabər maaşın təmin olunması və iş yerlərində ayrı-seçkiliyin aradan qaldırılması məsələləri də var.

Qanun layihələrinin təsdiqindən sonra əmək bazarında yeni mexanizmlərin tətbiqinə başlanacağı gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.