İsrailin Gilana zərbəsi nəticəsində 9 vətəndaş ölüb, 33 nəfər yaralanıb

İsrail hərbi aviasiyasının İranın Gilan əyalətində əhalinin sıx məskunlaşdığı əraziyə aviazərbələri nəticəsində 9 nəfər dinc sakin ölüb, 33-ü isə yaralanıb.

Bu barədə əyalət rəhbərliyi məlumat yayıb.

Yaralıların arasında 16 nəfər qadın va uşaq olduğu qeyd edilib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, 28-i isə ambulator müalicəyə buraxılıb.
Bildirilib ki, hava reydi zamanı 4 yaşayış binası dağıdılıb, ətrafdakı tikililərə isə ciddi ziyan dəyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.