ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff yaxın bir neçə gün ərzində İran hakimiyyəti ilə Tehranın nüvə proqramı üzrə mümkün razılaşma ilə bağlı danışıqlar aparacaq.
Bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, danışıqların mövzusu Tehrana qarşı sanksiyaların yumşaldılması müqabilində İranın uranın zənginləşdirilməsini dayandırması olacaq. Danışıqların yeri və İran tərəfinin təmsilçilik səviyyəsi barədə hələlik məlumat verilməyib.