Şamaxıda qayınatasını bıçaqlayan şəxs tutulub

Baş Prokurorluq
Baş Prokurorluq

İyunun 29-da Şamaxı şəhərində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində Teymur Əliyev həmin gün saat 23:00 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası E. Quliyevə bıçaqla xəsarətlər yetirib. E.Quliyevin yerləşdirildiyi xəstəxanada ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. T. Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.