Rusiyanın “Baza” telegram kanalının rəhbəri saxlanılıb-VİDEO

hökumətyönlüRusiyada təhlükəsizlik qüvvələri hökumətyönlü BAZA “Telegram” kanalının redaksiyasında və baş redaktor Qleb Trifonovun mənzilində axtarış aparmağa gəlib.

AzPost bildirir ki, bu barədə kanalın özü məlumat yayıb.

Axtarış zamanı ofisdə olan nəşrin əməkdaşları ilə Trifonov arasında əlaqə kəsilib. Baş redaktorun qonşuları onu naməlum yerə apardıqlarını deyiblər. Onun hazırkı yeri məlum deyil.

TASS mənbələrə istinadən xəbər verir ki, “Baza”nın redaksiyasında aparılan axtarışlar polis əməkdaşlarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə halı ilə bağlıdır.

Müstəntiqlərin fikrincə, polis əməkdaşları kanala “məhdudlaşdırılmış məlumat ötürüblər” və bu məlumatlar daha sonra kanallardan birində dərc olunub. Baza Telegram kanalı yazır ki, cinayət işi çərçivəsində axtarışlar Moskva, Krasnodar və Krasnoyarsk diyarlarında, həmçinin Belqorod vilayətində aparılıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.