Sumqayıtda fəhlə torpaq uçqunu altında qalaraq ölüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi yaxınlığında 1 nəfərin torpaq uçqunu altında qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN bildirir ki, məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Sumqayıtda tikinti aparılan ərazidə bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə 10-cu mikrorayon ərazisində qeydə alınıb. Tikinti aparılan zaman orada çalışan fəhlə, 20 yaşlı Ariz Ağayarov baş verən torpaq uçqunu altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.