Lerikdə meşədə nəşə əkən şəxs saxlanılıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 43 yaşlı Sərdar Baxşıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun yaşadığı Lərmərud kəndindəki meşə massivində xüsusi qulluq göstərərək yetişdirdiyi 33 ədəd çətənə bitkisi və həyətindəki yarımtikilidən marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.