Sabiq prezident Sarkozi həbsxanada tək oturacaq

Fransanın sabiq prezidenti (2007–2012) Nikolya Sarkozi cəzasını Santa həbsxanasında təkadamlıq kamerada çəkəcək.

Bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həbsxana Paris şəhərində yerləşir və xüsusi təhlükəsizlik rejimi tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir.

Qeyd edək ki, 70 yaşlı Sarkozi 2007-ci ildə seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.