Tramp Nümayəndələr Palatasının hökumətin maliyyələşdirilməsinə dair layihənin lehinə səs verəcəyini düşünür

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Nümayəndələr Palatası federal hökumətin maliyyələşdirilməsinin bərpasını nəzərdə tutan qanun layihəsini təsdiqləyəcək.

APA xəbər verir ki, bu barədə o, ESPN telekanalına müsahibəsində deyib.

“Nümayəndələr Palatası səs verəcək. Və düşünürəm ki, onlar layihənin lehinə səs verəcəklər,” – deyə Tramp qeyd edib.

Prezidentin sözlərinə görə, ABŞ-da əhalinin əksəriyyəti hökumətin fəaliyyətinin bərpasını istəyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.