Bu Avropa ölkəsinin cəmi 35 günlük benzin ehtiyatı qalıb

Benzin
Benzin

Bolqarıstanda yanacaq ehtiyatlarının sürətlə azalması ölkə üçün narahatlıq doğurub. AzPost xəbər verir ki, rəsmi məlumatlara görə, ölkədəki benzin ehtiyatı cəmi 35 günə, dizel yanacağı isə 50 günə çatır. Bu barədə Bolqarıstanın Dövlət Ehtiyatları və Hərbi Təchizat Agentliyinin rəhbəri Asen Asenov məlumat verib, – BTA agentliyi yazır.

Onun sözlərinə görə, neft və yanacağın bir hissəsi Bolqarıstanın sərhədlərindən kənarda — İtaliya, Niderland, Macarıstan, Slovakiya, Yunanıstan və Rumıniyada saxlanılır. Halbuki Avropa İttifaqının qaydalarına əsasən, Bolqarıstan ölkə daxilində ən azı 90 günlük ehtiyat saxlamalıdır.

A. Asenov vurğulayıb ki, yaranmış çatışmazlıq bir neçə şirkətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Onların arasında Insa Oil və daha iki şirkət var. Şirkətlər vəziyyəti anbar tutumlarının məhdudluğu ilə izah edirlər.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, Bolqarıstan yaxın iki ayda yanacaq idxalından daha da asılı vəziyyətə düşə bilər və bu, ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.