Lökbatanda yanğında ölənlərin adları açıqlanıb.
APA-nın məlumatına görə, yanğında Zülfiyyə Yusifova (1998), onun övladları Yusifov Yusif (2016), Yusifova Məryam (2019) və Hüseynov Yusif (1953) ölüb.
Dekabrın 5-i saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.