Dişlərin səthi bəzən gizli kariyesin mövcudluğunu göstərə bilər və bu, ciddi diş problemlərinə yol aça bilər. AzPost xəbər verir ki, ekspertlər erkən mərhələdə ortaya çıxan müəyyən əlamətləri diqqətə almağı tövsiyə edir.
Erkən görünən əlamətlər:
-
Dişdə ağ ləkələr
-
Boz, qəhvəyi və ya qara tonlara çevrilən ləkələr
-
Dişlərin arasına yemək qalıqlarının tez-tez ilişməsi
Bu ləkələr və qida qalıqları adətən dişlərin çeynəmə səthində və aralarında meydana çıxır ki, bu yerləri görmək çətin olur. Bu səbəbdən gizli kariyesi müəyyən etmək üçün diş rentgeni faydalı ola bilər; rentgen görüntüləri sayəsində gizli kariyesin aşkarlanması təxminən 10 dəfə artır.
Kariyesin simptomları:
-
Dişdə kəskin və ya donuq ağrı
-
Yemək yeyərkən ağrı
-
Dişlərin həssaslaşması
-
Dişdə çuxur və ya boşluq hissi
Kariesin qarşısını almaq üçün tövsiyələr:
-
Ftorlu diş pastasından istifadə etmək
-
Spirtsiz ağız yaxalayıcıları tətbiq etmək
-
Şəkər və nişastalı qidaların qəbulunu minimuma endirmək
-
Meyvə şirələrinin istifadəsini məhdudlaşdırmaq
-
Dişləri gündə iki dəfə fırçalamaq
Əgər kariyes artıq yaranıbsa, vəziyyət zamanla pisləşəcək. Əmələ gəlmiş çuxur diş emalını aşaraq diş absesi kimi ciddi infeksiyalara səbəb ola bilər. Absesin simptomları arasında ağrı, şişlik, diş əti qızarması, ağızda pis dad və hətta hərarət ola bilər.
Erkən mərhələdə, məsələn, diş emalında ağ ləkələr yarananda, fluor və tüpürcək vasitəsilə mineral bərpa mümkündür. Lakin kariyes inkişaf edib genişləndikcə, emal kifayət qədər zəifləyir və öz-özünə bərpa olunmur.