Son 18 gündə İranın 187 şəhərində ümumilikdə 617 etiraz aksiyası qeydə alınıb.
AzPost bildirir ki, bu barədə “Human Rights Activists in Iran” etirazların 18-ci günündə verdiyi açıqlamasında qeyd edib.
Məlumata görə, 18.470 nəfər saxlanılıb. Hadisələr zamanı 2.054 nəfər ağır yaralanıb. 2.615 ölüm faktı təsdiqlənib. Bu sıraya 2.435 etirazçı, o cümlədən 13 azyaşlı daxildir. Ölənlərin sayına etirazlarda iştirak etməyən 14 mülki şəxs daxildir.
Bu günlərdə 153 hərbçi və hökumətyönlü qüvvələrin nümayəndəsi öldürülüb.