Sibir şəhərlərində şaxtalar−50 dərəcəyədək enib

Sibirin bir sıra şəhərlərində havanın temperaturu kəskin şəkildə aşağı düşüb. AzPost xəbər verir ki, yerli sakinlər sosial şəbəkələrdə küçə termometrlərinin göstəricilərini paylaşaraq şaxtanın −50 dərəcəyə yaxınlaşdığını bildiriblər.

Yayımlanan fotolarda bəzi termometrlərin sütununun hətta −50 dərəcə üçün nəzərdə tutulan ən aşağı göstəricidən də aşağı endiyi görünür. Bu, bölgədə qeyri-adi dərəcədə sərt soyuqların hökm sürdüyünü göstərir.

Rəsmi qurumlar əhalini ehtiyatlı olmağa çağıraraq −40 dərəcə və ondan aşağı temperaturla bağlı xəbərdarlıq elan ediblər. Bildirilir ki, belə hava şəraiti nəqliyyatın hərəkətinə, açıq havada çalışanlara və gündəlik həyata ciddi təsir göstərə bilər.

Mütəxəssislər sakinlərə zəruri olmadıqca açıq havada uzun müddət qalmamağı, isti geyinməyi və təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.