Azərbaycanda ipoteka ilə ev almaq istəyənlər üçün yenilik

İpoteka
İpoteka

Son dövrlər daşınmaz əmlak bazarında qiymət artımı və mənzil əlçatanlığı ilə bağlı müzakirələr fonunda ipoteka kreditlərinin maksimal məbləğinin artırılması məsələsi yenidən gündəmə gəlib.

Dövlət dəstəyi ilə verilən ipoteka kreditlərinin mövcud limitinin bazar şərtlərinə uyğun olub-olmaması maraq doğurur.

Maraqlıdır ki, bu il ipotekanın məbləğində dəyişiklik olacaqmı?

İpoteka və Kredit Zəmanət Fondundan bilirilib ki, dövlət dəstəyi ilə Fondun vəsaiti hesabına əlverişli şərtlərlə verilən ipoteka kreditlərinin əsas hədəf qrupları aşağı və orta gəlirli vətəndaşlardır:

“Hazırda ipoteka kreditlərinin maksimal məbləği 150 min manat təşkil edir. 2025-ci il üzrə aparılmış təhlillərə əsasən bildiririk ki, verilmiş ipoteka kreditlərinin orta məbləği 103 min manat olub. Bu göstərici maksimal kredit məbləğindən xeyli aşağıdır. Məhz bu səbəbdən hazırkı mərhələdə maksimal məbləğin artırılmasına obyektiv zərurət yaranmayıb.

Bununla belə, gələcəkdə bazar şərtləri və sosial-iqtisadi göstəricilər nəzərə alınmaqla, zərurət yaranacağı halda ipoteka kreditlərinin maksimal məbləğinin artırılması məsələsinə baxıla bilər”. (BAKU.WS)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.