ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ aviadaşıyıcı qrupu İrana doğru irəliləyir. Vaşinqton daha birini göndərə bilər.
AzPost-un məlumatına görə, ABŞ prezidenti Axios-a verdiyi müsahibədə bildirib ki, “oraya bir armada gedir. Mümkündür ki, daha biri ora doğru irəliləyəcək”.
Nəşr qeyd edir ki, Tramp İrana ikinci bir aviadaşıyıcı qrupunun göndərilməsini nəzərdən keçirir.