Tramp Hindistanın Rusiyadan neft alışı ilə bağlı gözlənilməz açıqlama verib

ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft almağa davam etdiyini, lakin bu tədarükün çox məhdud həcmdə həyata keçirildiyini bildirib. AzPost xarici KİV-ə istinadla xəbər verir ki, Trampın sözlərinə görə, son dövrdə Hindistanın Rusiyadan neft idxalı əhəmiyyətli dərəcədə azalıb və bu prosesdə Vaşinqtonun da müəyyən təsiri olub.

ABŞ prezidenti qeyd edib ki, Hindistan tərəfini neft tədarükünü azaltmağa təşviq etmək üçün konkret addımlar atılıb. O, həmçinin xatırladıb ki, daha əvvəl Hindistandan idxal olunan mallara tətbiq edilən 25 faizlik gömrük rüsumunu ləğv edən fərman imzalayıb.

Trampın iddiasına görə, Yeni Dehli Rusiyadan neft alışını dayandırmağa və diqqətini ABŞ-dan enerji daşıyıcılarının alınmasına yönəltməyə razılıq verib. Bununla belə, hazırda Hindistan hələ də Rusiya neftinin ən böyük alıcılarından biri olaraq qalır.

Məlumata əsasən, 2025-ci ildə Rusiyadan Hindistana neft tədarükünün həcmi gündəlik təxminən 1,7–1,9 milyon barel təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.