Avropa Birliyi ölkələrindəki hüquq-mühafizə orqanları və onların tərəfdaşları Europol tərəfindən əlaqələndirilən əməliyyat çərçivəsində təxminən 1,2 milyard avro dəyərində saxta valyutanın köçürülməsinin qarşısını alıblar.
AzPost-un məlumatına görə, bu barədə Agentliyin açıqlamasında bildirilir.
Rumıniya hakimiyyəti 4,8 milyondan çox saxta avro əskinasını ələ keçirib və Çindən gəldiyi iddia edilən 223.000-dən çox saxta əskinasın olduğu anbarı söküb. Bundan əlavə, Portuqaliya, Böyük Britaniya və ABŞ-da keçirilən üç ayrı əməliyyatda 220.000-dən çox saxta avro, funt sterlinq və ABŞ dolları sikkələri müsadirə edilib.
Europol-un məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 2025-ci ilin iyunundan noyabr ayına qədər davam edən əməliyyat zamanı saxta valyuta olan 379 poçt göndərişi müsadirə ediblər. Bu tədbirlər saxtakar qruplarına qarşı 70 cinayət işinin açılmasına səbəb olub. Bəyanata görə, ümumilikdə 7 milyondan çox saxta valyuta vahidi, o cümlədən təxminən 4,8 milyon avro əskinası və sikkəsi, 2,3 milyon ABŞ dolları vahidi, 23.000 funt sterlinqdən çox və təxminən 4800 İsveçrə frankı ələ keçirilib.