NATO-nun baş katibi Mark Rutte ABŞ-ın 2026-cı ildə Ukraynaya 12-15 milyard dollar dəyərində silah tədarük edəcəyinə söz verdiyini bildirib.
Azpost.info TASSa istinadən bildirir ki, Rutte bunu Kiyevdə silah tədarükü üzrə təmas qrupunun iclasından sonra bildirib.
“Amerika Birləşmiş Ştatları bizə bu il Ukraynaya 12-15 milyard dollar dəyərində vacib hərbi aktivlər tədarük edə biləcəyini bildirib. Bunlar yalnız ABŞ-ın tədarük edə biləcəyi vacib sistemlərdir”, – deyə Rutte vurğulayıb.
NATO-nun baş katibi bu açıqlamanı alyansın Ukraynaya hava hücumundan müdafiə sistemləri tədarük etmək qabiliyyəti ilə bağlı sualı cavablandırarkən verib.