Almaniya növbəti dəfə vətəndaşlarını İranı tərk etməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın mümkün hərbi zərbəsi təhlükəsi ilə əlaqədar vətəndaşlarını İranı tərk etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə nazirliyin sözçüsü jurnalistlərə bildirib

“Məhdud sayda olsa da, hazırda kommersiya reysləri mövcuddur, İranla qonşu ölkələr arasında hava əlaqəsi davam edir”, – qurum rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, ölkədən quru yolu ilə də çıxış mümkündür.

Sözçü deyib ki, vəziyyətin kəskinləşəcəyi təqdirdə konsulluq yardımı göstərmək faktiki olaraq mümkün olmayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.