Rusiya ABŞ-ı İrana zərbə endirməkdən imtina etməyə çağırır

Rusiya ABŞ-ı İranın dinc nüvə obyektlərinə zərbə endirmək planlarından əl çəkməyə çağırır və diplomatik danışıqların bərpası üçün lazımi dəstəyi göstərməyə hazırdır.

Azpost.info -nun məlumatına görə, bu barədə Cenevrədə BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun yüksək səviyyəli iclasında çıxış edən Rusiya xarici işlər nazirinin müavini Dmitri Lyubinski bildirib.

“Biz ABŞ-ı və onun müttəfiqlərini İranın dinc nüvə obyektlərinə zərbə endirmək planlarından əl çəkməyə çağırırıq. Biz Vaşinqtonu gələcək hərbi qarşıdurmanın qarşısını almaq üçün qəti zəmanətlər verməyə çağırırıq. Rusiya İranın dinc nüvə proqramı ilə bağlı diplomatik həll yollarının axtarışını bərpa etmək üçün bütün lazımi yardımı göstərməyə hazırdır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.