Böyük Britaniyanın Baş naziri Starmer İrana zərbələr endirməkdə kömək etmək istəməyib.
Azpost.info-nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Heç vaxt Böyük Britaniyadan bu yanaşma ilə qarşılaşacağımı düşünməmişdim” deyə Ağ Ev rəhbəri “The Sun” qəzetinə telefonla verdiyi müsahibədə vurğulayıb. O, əlavə edib ki, münasibətlərin əvvəlki kimi olmadığını görmək çox kədərlidir.
Daha əvvəl Starmer parlamentə bildirib ki, onun hökuməti hava zərbələri vasitəsilə İranda rejim dəyişikliyinin mümkünlüyünə inanmır. Böyük Britaniya hökuməti əvvəlcə ABŞ-ın İrana hücumlar üçün bazalarından istifadə etməsinə icazə verməyib. Lakin sonradan İranın hərbi obyektlərinə qarşı “müdafiə” zərbələrində iştirak etməsinə icazə verib.
Media xəbərlərinə görə, Starmer beynəlxalq hüquqa əsasən İrana zərbələr endirmək üçün kifayət qədər əsas görməyib.
“The Sun” qəzetinə verdiyi müsahibədə Tramp həmçinin Fransanın mövqeyini tərifləyib. “Fransa ilə əla oldu. Hər kəs gözəl yanaşdı. Amma Böyük Britaniya ilə məsələ çox fərqli oldu”, -deyə ABŞ prezidenti deyib.