İşıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə icazə veriləcək

Energetika Nazirliyinin Kollegiyası 27 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı nazir, Kollegiyanın sədri Pərviz Şahbazov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək. İndiyə qədər bunun üçün konkret olaraq aşağı təzyiqli boşaldıcı, yüksək təzyiqli və közərmə lampalarından istifadəyə icazə verilirdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.