İran Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək

İran 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək.

APA İran mediasına istinadən xəbər verir ki, bunu İranın idman naziri Əhməd Donyamali deyib.

“ABŞ-ın liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir halda Dünya Çempionatında iştirak edə bilmərik”,- nazir bildirib.

Əhməd Donyamali əlavə edib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil.

“Övladlarımız təhlükəsizlikdə deyil və ümumiyyətlə, belə yarışlarda iştirak üçün lazımi şərait mövcud yoxdur”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.