Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Uzun bayram tətilləri Azərbaycan bazarı üçün nə vəd edir?

User 16 Mart 2026 - 13:29
turizm

Son vaxtlar qlobal miqyasda artan siyasi gərginliklər, regional münaqişələr və təhlükəsizlik riskləri turizm sektoruna birbaşa təsir göstərməyə başlayıb. Müxtəlif regionlarda hava məkanlarının məhdudlaşdırılması, bəzi istiqamətlər üzrə aviareyslərin ləğvi və hava limanlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar turist davranışında ciddi dəyişikliklər yaradır.

Turizm bazarında müşahidə olunan əsas dəyişikliklərdən biri insanların uzun məsafəli xarici səfərlərə daha ehtiyatlı yanaşması və alternativ olaraq daxili və yaxın regionlara səyahətə üstünlük verməsidir. Belə bir dövrdə Azərbaycan üçün xüsusi bir situasiya yaranır. Qarşıdan həm Novruz Bayramı, həm də Ramazan Bayramı ilə əlaqədar 11 günlük tətil dövrü gəlir. Bu isə ölkə daxilində turizm aktivliyinin artması üçün nadir fürsət yaradır.

Turizm sektorunda qərarvermə faktorları son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər turistlər üçün əsas amillər qiymət və komfort idisə, hazırda təhlükəsizlik hissi və səyahət riskləri əsas amillərdən birinə çevrilib. Bir çox ölkələrdə bu tendensiya artıq ayrıca iqtisadi model kimi formalaşaraq “staycation economy” – yəni, ölkə daxilində istirahət iqtisadiyyatı adlandırılır. Azərbaycan turizm sektorunda son illərdə əsas diqqət daha çox xarici turistlərin cəlb edilməsinə yönəlib. Lakin qlobal risklərin artdığı dövrlər göstərir ki, daxili turizm sabit və dayanıqlı turizm modelinin əsas elementlərindən biridir. Ölkə daxilində turizm potensialı kifayət qədər genişdir. Xüsusilə regionlarımız artıq daxili turizm istiqamətləri kimi formalaşmağa başlayıb. Belə ki, Quba – dağ turizmi və qış istirahəti, Qəbələ – ailəvi və əyləncə turizmi, Şəki – tarix və mədəniyyət turizmi, Lənkəran – subtropik iqlim və qastronomiya, Naftalan – sağlamlıq və müalicə turizmi məkanı kimi tanınır. Uzunmüddətli bayram tətili bu istiqamətlərə səfərlərin kəskin artmasına səbəb ola bilər. Əgər bazar düzgün təşkil olunsa, bu dövr daxili turizmin real potensialını göstərən test rolunu oynaya bilər.

Belə bir şəraitdə daxili turizmin aktivləşməsi bir neçə iqtisadi sektor üçün yeni imkanlar yaradır.
Uzun tətil dövründə regionlarda yerləşən hotellər və butik qonaq evləri üçün rezervasiyaların artması gözləniləndir. Xüsusilə ailəvi və qrup səfərləri bu sektora əlavə gəlir gətirə bilər. Şəhər həyatından qısa müddətli uzaqlaşmaq istəyən insanlar üçün kənd turizmi və aqroturizm layihələri getdikcə daha cəlbedici olur. 2-3 günlük regional tur paketləri, qrup turları və tematik səyahətlər bazarda artan tələbi qarşılaya bilər. Turizm axını regionlarda yerli mətbəxin təqdim olunduğu restoranlar üçün də iqtisadi aktivlik yaradır. Daxili səyahətlərin artması avtomobil icarəsi və transfer xidmətlərinə olan tələbi də artırır.

Bütün potensiala baxmayaraq, Azərbaycanda daxili turizm hələ də tam sistemli şəkildə inkişaf etmiş sektor hesab olunmur. Bu sahədə mövcud olan əsas problemlər aradan qaldırılmalıdır. Bəzi regionlarda qiymətlərin qeyri-stabil olması, xidmət standartlarının fərqli səviyyədə qalması, turizm məhsullarının tam paket halında təqdim edilməməsi, rəqəmsal platformalarda marketinq fəaliyyətinin zəif olması belə problemlərdəndir. Bu problemlər həll olunmadan daxili turizmin davamlı inkişafını təmin etmək çətin olacaq.

Mövcud vəziyyət həm turizm biznesləri, həm də sektorun idarə olunması baxımından yeni yanaşmalar tələb edir.Turizm biznesləri üçün prioritet istiqamətlər müəyyən edilməlidir. Bayram mövzulu turizm paketləri, 3–5 günlük regional istirahət proqramları, ailəvi və uşaqlı turistlər üçün xüsusi paketlər, “weekend getaway” formatında qısa səyahət təklifləri həyata keçiriıə bilər. Daha geniş miqyasda isə daxili turizmin inkişafı üçün bir sıra addımların atılması vacibdir. Bunlar daxili turizmin təşviqi üzrə milli kampaniyalar, regionlarda xidmət keyfiyyətinin standartlaşdırılması, turizm məhsullarının rəqəmsal platformalarda daha aktiv təqdim olunmasıdır.

Ümumilikdə, qlobal qeyri-müəyyənlik və siyasi risklər turizm sektoru üçün ilk baxışdan mənfi faktor kimi görünə bilər. Lakin bir çox ölkələrin təcrübəsi göstərir ki, belə dövrlər daxili turizmin inkişafı üçün mühüm fürsət yaradır. Azərbaycan üçün qarşıdan gələn uzun bayram tətili bu potensialın real bazar şəraitində necə işlədiyini göstərən mühüm sınaq ola bilər.

Əgər turizm biznesləri və sektor iştirakçıları bu fürsəti düzgün dəyərləndirə bilsələr, daxili turizm yalnız mövsümi aktivlik deyil, həm də ölkə iqtisadiyyatının davamlı inkişafına töhfə verən sabit istiqamətlərdən birinə çevrilə bilər.

Çinarə Ağayeva
Biznes məsləhətçi

AzPost.az

Post navigation

Previous: Xəbər saytlarının dövranı başa çatır? –
Next: İsraildə ötən gün 142 nəfər yaralanıb

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
Türkiyə və Azərbaycan arasında son aylarda baş verən gərginlik fonunda prezident Ərdoğan Zəfər Günü Azərbaycana səfərə gəldi....
Read more about Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.