Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki şəxs qayıdıb-ZELENSKİ

Əsir mübadiləsi çərçivəsində Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki ukraynalı qayıdıb.

Bu barədə Prezident Vladimir Zelenski bildirib.

“Bizimkilər evə qayıdırlar – 175 hərbçi, silahlı qüvvələrin döyüşçüləri, milli qvardiyaçılar, sərhədçilər, sıravi çavuşlar, zabitlər və yeddi mülki şəxs. Döyüşçülərimiz Ukraynanı müxtəlif istiqamətlərdə, Mariupolda, ÇAES-də, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sum, Kiyev, Kursk istiqamətlərində müdafiə ediblər. Onların arasında yaralananlar var. Əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə olub. Və nəhayət – evdədirlər”, – deyə Zelenski vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.