Tramp Hörmüzlə bağlı təcili iclas keçirdi

Şənbə günü ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə əsas vəzifəli şəxslərlə təcili iclas keçirib.

Görüşə səbəb Tehranla münasibətlərdə gərginliyin yeni mərhələyə qədəm qoyması və İranın Hörmüz boğazını tamamilə bağlayacağı ilə bağlı yenidən səsləndirdiyi hədələr olub.

“Axios” nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, rəsmi bəyanatların pərdəarxasında yüksək rütbəli məmurlar diplomatik müstəvidə müəyyən irəliləyişlərin olduğunu qeyd edirlər. Söhbət nüvə proqramı, xüsusilə uranın zənginləşdirilməsi məsələləri üzrə danışıqlardakı uğurlardan gedir. Buna baxmayaraq, tərəflər arasında hələ də fundamental fikir ayrılıqları qalmaqdadır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.