Günün hansı vaxtı təyyarə ilə uçmaq məsləhətdir?-Ekspert rəyi

Stüardessalar və pilotlar uçuş üçün ən rahat və təhlükəsiz vaxtlar barədə fikirlərini bölüşüblər.

Azpost.info bildirir ki, mütəxəssislər təyyarə ilə səyahət etmək üçün ən yaxşı vaxtları müəyyən ediblər. Bu, ilk növbədə xidmətin keyfiyyəti ilə bağlıdır.

Bu barədə NBC News məlumat verir.

Keçmiş stüardessa Stella Connolli səhər uçuşlarında xidmətin ən yaxşı olduğunu söyləyib. Bunun səbəbi uçuşların gecikmə ehtimalının az olmasıdır. Bu da heyət üzvlərinin əhval-ruhiyyəsinin yaxşı olması deməkdir.

Bundan əlavə, uçuş heyəti təyinat yerlərinə vaxtında çatmaq və evlərinə qayıtmaq istəyir. Səhər uçuşları da adətən daha təmiz olur.

Mütəxəssis deyir ki, səhər havası uçuş üçün daha əlverişlidir. Lakin günortadan sonra hava tez-tez dəyişir və ildırım çaxır. Hava “kələ-kötür” olur və bu da turbulentliyə səbəb olur.

Stella həmçinin keçid uçuşlarında uçanlara məsləhətlər verib. Əgər çox qısa bir dayanma vaxtınız varsa, stüardessaya xəbər verməkdən çəkinməyin. Onlar bu cür uçuşlardakı sərnişinlərin əvvəlcə təyyarədən düşəcəyi barədə elan verə bilərlər. Həmçinin, bu xidməti tələb edərkən nəzakətli olun. Heyət sizin tez çıxmağınızı təmin etməyə borclu deyil.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.