“Son bir neçə saatda artıq irəliləyiş əldə etdik” –Vens İranla danışıqlar barədə

Biz son bir neçə saat ərzində artıq irəliləyiş əldə etdik.

Bu sözləri ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İsveçrədə İran nümayəndələri və digər vasitəçilərlə keçirdiyi görüşlə bağlı danışarkən deyib.

Vitse-prezident yaxın saatlarda danışıqlar prosesində yeni irəliləyişlərin əldə olunacağına ümidvar olduğunu ifadə edib.

Qeyd edək ki, ABŞ nümayəndə heyəti bu gün İsveçrənin Bürgenstok kurortunda İran nümayəndələri və vasitəçi ölkələrin təmsilçiləri ilə razılaşma üzrə danışıqların ilk mərhələsini keçirir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.