Turizm sənayesində rəqabət artdıqca hotellər qonaqları cəlb etmək üçün qeyri-adi layihələr həyata keçirirlər. Bu gün dünyanın müxtəlif ölkələrində elə otellər fəaliyyət göstərir ki, onlar yerləşdiyi məkan və memarlığı ilə milyonlarla turistin marağına səbəb olur.
Azpost.info xəbər verir ki, bəzi hotellər yalnız gecələmək üçün deyil, unudulmaz təcrübə yaşamaq məqsədilə ziyarət edilir.
Buz otelləri
İsveç və Finlandiyada hər qış buz bloklarından tikilən hotellər fəaliyyətə başlayır. Burada otaqların temperaturu sıfırdan aşağı olsa da, qonaqlara xüsusi istilik kisələri və termal yataqlar təqdim olunur.

Ağac evləri
Yaponiya, Kanada və İsveçdə meşələrin ortasında onlarla metr yüksəklikdə inşa edilən ağac otelləri ekoturizmin simvoluna çevrilib.
Bu hotellər təbiətə minimum müdaxilə prinsipi ilə tikilir.
Səhrada lüks istirahət
Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən səhra hotelləri qonaqlara dəbdəbəli çadırlar, astronomik müşahidələr və dəvə safari turları təklif edir.

Su altında otaqlar
Maldiv adalarında və Dubayda bəzi hotellərin otaqları dənizin altında yerləşir. Şüşə divarlar vasitəsilə qonaqlar balıqları və dəniz həyatını otaqdan izləyə bilirlər.
Turizm mütəxəssisləri bildirirlər ki, müasir səyahətçilər artıq yalnız rahatlıq deyil, fərqli təcrübə də axtarırlar. Məhz buna görə qeyri-adi memarlığa və konsepsiyaya malik hotellərə maraq ildən-ilə artır.
Ekspertlərin fikrincə, gələcəkdə süni intellekt, ekoloji texnologiyalar və virtual xidmətlər də hotellərin əsas üstünlüklərindən birinə çevriləcək.
Sunay