Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

1968-ci ilin sirri:

User 24 İyul 2026 - 11:15 (Last updated: 24 İyul 2026 - 07:32)
atom bomba

Qrenlandiyada baş vermiş bu hadisənin siyasi nəticələri yalnız 1990-cı illərin sonlarında üzə çıxdı. ABŞ Müdafiə Nazirliyinin arxivlərində kütləvi qırğın silahlarının təsadüfən itirilməsi və ya partlaması ilə bağlı 30-dan çox hadisə qeydə alınıb. Lakin diplomatik və ekoloji baxımdan misli görünməmiş fəlakət kimi tarixə düşən yalnız bir hadisə oldu.

Azpost.info-nun məlumatına görə, IFLScience yazır ki, bu hekayənin ən qəribə tərəfi ondan ibarətdir ki, qlobal təhlükəyə səbəb cəmi bir parça porolon olub.

Soyuq müharibənin ən gərgin dövründə Vaşinqtonun təhlükəsizlik narahatlığı pik həddə çatmışdı. ABŞ-ın “Chrome Dome” (“Xromlu Günbəz”) proqramı çərçivəsində nüvə bombaları ilə yüklənmiş onlarla B-52 strateji bombardmançısı sutka boyu havada növbə çəkirdi. Onların marşrutları Arktika üzərindən keçirdi ki, mümkün Üçüncü Dünya Müharibəsi başlayacağı təqdirdə SSRİ sərhədlərinə ən qısa müddətdə çata bilsinlər.

Belə uçuşlardan biri 1968-ci ilin şaxtalı yanvar səhərində Nyu-York ştatındakı Plattsburq hərbi aerodromundan havaya qalxdı. Təyyarə dörd ədəd B28FI tipli nüvə bombasını daşıyırdı.

Qütb marşrutunda hökm sürən sərt soyuq səbəbindən ekipaj üzvlərindən biri kabini isitmək məqsədilə oturacaq yastıqlarından istifadə edib. Nəticədə isitmə sisteminin hava çıxışı təsadüfən bağlanıb. Mühərrikdən gələn isti hava qısa müddətdə oturacaqların üzlüyünü alovlandırıb. Yanğını söndürmək cəhdləri uğursuz olduqdan sonra təyyarə komandiri ekipaja paraşütlə tullanmaq əmri verib.

Həmin vaxt alovlanan B-52 artıq Qrenlandiyadakı Tule hərbi bazasının üzərində idi. Təxliyə zamanı ikinci pilot aşağı lyukdan çıxarkən ölümcül zərbə alaraq həlak olub. İdarəetməni itirən təyyarə bazanın yaxınlığında yerə çırpılıb.

Zərbənin təsirindən nüvə bombalarının daxilindəki adi partlayıcı maddələr işə düşüb. Xoşbəxtlikdən nüvə partlayışı baş verməyib. Lakin plutonium hissəcikləri küləklə ətrafa yayılaraq təxminən 8 kvadrat kilometr tundra ərazisini radioaktiv çirklənməyə məruz qoyub.

Bu qəribə faciənin nəticələrinin aradan qaldırılması doqquz ay davam edib. ABŞ və Danimarkanın mütəxəssisləri radioaktiv qar qatını mərhələli şəkildə təmizləyiblər. ABŞ ərazisində utilizasiya olunmaq üçün 600-dən çox çəllək radioaktiv buz və qar ölkəyə aparılıb. Axtarış qrupları dörd nüvə bombasından yalnız üçünün qalıqlarını tapa biliblər. Dördüncü bomba isə buzlu körfəzin dibində itib və bu günə qədər tapılmayıb.

Əsl siyasi qalmaqal isə yalnız 1995-ci ildə məxfi hökumət arxivləri açılandan sonra baş verib. Həmin vaxta qədər Danimarka özünü nüvə silahlarının qəti əleyhdarı kimi təqdim edirdi. Lakin sənədlər göstərdi ki, ölkə rəhbərliyi təkcə ABŞ-ın Qrenlandiya üzərindən nüvə silahı daşıyan uçuşlarına göz yummayıb, həm də Tule bazasında uzun illər ərzində gizli şəkildə təxminən 50 Amerika nüvə başlığının saxlanmasına razılıq verib.

Bu faktların üzə çıxması Danimarkada görünməmiş siyasi böhrana səbəb olub və hökumətin fəaliyyəti ilə bağlı ciddi müzakirələrə yol açıb.

Nadir Talıbov

AzPost.az

Post navigation

Previous: Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Next: Misirdə sensasiyalı tapıntı –

Oxşar xəbərlər

beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
olum dirim
  • Maraqlı

Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?

User 26 Oktyabr 2026 - 10:17
uno foto
  • Maraqlı

ABŞ naməlum uçan obyektin görüntülərini yayımladı – sürəti 2900 km/saat olub?

User 26 Oktyabr 2026 - 10:04

xƏBƏR

gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda günəş enerjisi istehsalının ən böyük layihələrindən biri olan “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsindən üç...
Read more about Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.