Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Dərslikdə “Keçi” şerinə bir səhifə həsr etməyə dəyməz” –

User 08 Sentyabr 2026 - 13:30 (Last updated: 08 Sentyabr 2026 - 13:30)
emin nazir

“İbtidai sinif dərsliklərində “Dərsə gedən bir uşaq” və ya “Keçi” şerinin salınıb-salınmaması bizim aramızda mübahisə mövzusudur. Biz deyirik ki, gəlin ora oxu mətni salaq. Çünki min cür öyrənmə yolu var. Bunun üçün dərsliyin bir səhifəsini sərf eləməyə dəyməz. Ora oxu mətnini salaraq uşaqlara müasir oxu mətnləri ilə işləməyi öyrədə bilərik”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələrinə dair mətbuat konfransında bildirib.

Nazir deyib ki, şagirdlərə şeir ilə yanaşı oxu da öyrədilməlidir: “Uşaq nə qədər istəyirsiniz şeir öyrənəcək, ona şeir öyrətməklə oxu mətni arasında əlaqə də yaratmaq lazımdır. Biz dərsliklərimizi bəzi yerlərdə dəyişmişik, amma ənənəvi olaraq dil qaydaları üzərində qururuq. Təhsilimizin, sualların çox hissəsi qrammatikadır.

Oxunu isə keçmirik, mənə görə fəlakət ondan ibarətdir ki, biz ümumiyyətlə oxunu hələ bir sahə kimi qəbul etmirik də.

Bu heç bir halda o anlama gəlmir ki, Azərbaycan dilini tədris edəndə Azərbaycan şairlərinin şeirlərini öyrənməyək. Hər bir vətəndaş Azərbaycan şairlərinin şeirlərini bilməlidir. Amma biz oxunu öyrətmirik və onda səhv edirik. Biz oxunu öyrətmirik də, ölçmürük də, dərsliyimizdə də bu öz əksini tapmır. Dərslikdə bir az əksini edib nəsə salanda bütün cəmiyyət bunu sanki özünə qarşı təhdid kimi qəbul edir. Problem də budur, onun da nəticəsini siz görürsünüz”.

E.Əmrullayev qeyd edib ki, imtahanda oxunu artırmağa başlasaq, nəticələrimiz yaxşılaşacaq: “Yəni oxuyönümlü suallarımız artmağa başlasa buraxılışda, qəbulda nəticələrimizdə yaxşılaşma olacaq. İrəli getməyimiz üçün daha çox iş görməliyik. Bizim ana dili ilə problemimiz yoxdur. Biz deyirik oxu özü ayrıca bir bacarıqdır. Biz o bacarığın tədrisini bu gün ölkə olaraq, təhsil sistemi olaraq yaxşı edə bilmirik.Yəni onu yaxşı etmək üçün də məzmun, tədris, metodika və eyni zamanda qiymətləndirmə çərçivəsi dəyişməlidir. Bu üç şey dəyişsə, 10-15 ilə oxu nəticələri də yaxşılaşacaq. İndiki dəyişikliklərin nəticələrini biz 2029-cu ilin PISA nəticələrində görəcəyik”.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Məleykə Abbaszadə açıqladı –

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.