Azərbaycanda 45 cinayət açılıb –axtarışda olan 50 nəfər saxlanılıb

Oktyabrın 12-də Azərbaycanda qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Azpost.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 33-ü borclu şəxs qismində axtarışda olub.

Bundan başqa, gün ərzində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.