“Məktəbdə zor tətbiq edənlər qanun qarşısında cavab verməlidir” –Əliməmməd Nuriyev

“Əgər İslam adı altında bizə təqdim etdiyiniz yol – insanların üstünə yerimək, hədə-qorxu gəlmək və dövlətə öz iradənizi zorla qəbul etdirməkdirsə, mən bunu qəbul etmirəm. Din adından danışmaq sizə belə bir səlahiyyət verməyib”.

“Olaylar” xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib: “Hicabı qanımızla müdafiə edəcəyik” şüarı ilə çıxanlara sözüm budur. Dediyiniz sözün məsuliyyətini anlayın. Heç bir geyim mübahisəsi insan həyatını və təhlükəsizliyini riskə atmağa haqq qazandıra bilməz. Məktəbin qapısını təzyiqlə açdırmaq, müəllimi qorxutmaq, uşaqları qarşıdurmaya sövq etmək istəyənlər bilməlidirlər, buna güzəşt tələb edə bilməzsiniz. Şikayətiniz varsa, hüquqi qaydada irəli sürün. Zor tətbiq edən və zorakılığı təşkil edən hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir. Təqsiri sübuta yetirilənlərə qanunun nəzərdə tutduğu sərt cəza tətbiq olunmalıdır.

Xarici dövlətin göstərişini burada icra edən, dini hisslərdən istifadə edərək Azərbaycanı qarışdırmağa çalışan varsa, əlaqələri və təşkilatçıları araşdırılıb üzə çıxarılmalıdır. Xarici himayə heç kimi məsuliyyətdən qurtarmamalıdır”.

Mən insanların inancına hörmət edirəm. Elə buna görə də dinin hədə-qorxu vasitəsinə çevrilməsinə susmayacağam. Azərbaycanın məktəblərində uşaqlarımızın gələcəyi həll olunur. O gələcəyi heç kimin siyasi hesabına qurban verməyəcəyik”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.