Azərbaycanda 10 nəfərdən çox adamın bir yerə yığışması qadağan olundu

Azərbaycan ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasında qərar qəbul edilib.

İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması da tövsiyə olunub.

Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xüsusi karantin rejimində ekspress avtobus xətləri necə təşkil olunacaq? –

Sonrakı məqalə

“Hərbi xidmətə çağırışla bağlı yaxın vaxtlarda qərar qəbul ediləcək” –