Xarici iş adamlarının Gürcüstana səfərinə icazə verilib

Gürcüstan işgüzar məqsədlə ölkəyə gələcək bütün xarici iş adamlarını qəbul edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş nazirinin müşaviri İrakli Çikovani brifinqdə bildirib.

O deyib ki, bu qərar iqtisadi fəaliyyətin təşviqi məqsədi daşıyır.

Müşavirin sözlərinə görə, ölkəyə gələcək biznesmenlər xüsusi formanı doldurmalı olacaqlar: “Xarici vətəndaşlar COVID-19-la bağlı hər 72 saatdan bir test olunmalı və ya 14 günlük məcburi karantinə alınmalıdırlar. Hər iki halda bütün xərcləri iş adamları öz hesablarına ödəməli olacaqlar”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir