Vaşinqtonda komendant saatı elan olundu –Milli Qvardiya şəhərə yeridildi 

ABŞ-da baş verən etirazlarla bağlı Vaşinqtonda komendant saatı elan olunub.

Son saatlarda Kapitoli ətrafında vəziyyət gərgin olub. Polis və Milli Qvardiya Vaşinqton polisinin kömək üçün yola düşüb.

Etiraz aksiyası zamanı bir neçə polis xəsarət alıb. Bir nəfər xəstəxanaya aparılıb.

ABŞ-ın seçilmiş prezidenti Bayden etirazçılara müraciət edərək onları geri çəkilməyə və “demokratiyaya yol verməyə” çağırıb. “Mən bu quldur dəstəsini oranı tərk etməyə və demokratiyanın işləməsinə imkan verməyə çağırıram”.

Polis bəyan edib ki, komendant saatını pozanları saxlayacaq.  Artıq Senatın iclas zalı Tramp tərəfdarlarından təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da Tramp tərəfdarlarının Kapitolidəki qiyamı –

Sonrakı məqalə

Tramp tərəfdarlarını Kapitolidən dağılışmağa çağırdı: