Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.
Şəhid jurnalist Müşfiqabad qəsəbəsində ata-anasının dəfn olduğu qəbiristanlıqda torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezidentin tapşırığı ilə vida mərasimində iştirak edib və Prezidentlə Birinci Xanımın başsağlığını çatdırıb.
Qeyd edək ki, mərhum jurnalistin nəşi bu gün səhər saatlarında yaşadığı evə gətirilib.
Şəhid jurnalist Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn ediləcək.