Abituriyentlərin nəzərinə:BMU-da məsləhət mərkəzi fəaliyyət göstərir

Bu ildən etibarən Bakı Mühəndislik Universitetində (BMU) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.

BMU-dan bildirilib ki, abituriyentlər ixtisas seçimi və onları maraqlandıran digər suallarla bağlı həftəiçi saat 10:00-dan 17:00-dək Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər (Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, 120. Telefon: +994 12 349 99 95).

Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar çalışırlar. Burada abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz yardım olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.