ABŞ Azərbaycan və Ermənistan arasında jurnalistlərin qarşılıqlı səfərlərini alqışlayıb. Bu barədə ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəliyinin "Twitter" səhifəsində bildirilib. “ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu yaxınlarda başa çatmış Azərbaycan və Ermənistan arasında jurnalistlərin mübadiləsini alqışlayır. Bu kimi tədbirlər xalqları sülhə hazırlayır və gərginliyi azaldır”, - deyə məlumatda qeyd olunub.(APA)