“ABŞ Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyir”.
Azpost.info bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
O, Turan İA-ya seçki prosesi ilə bağlı rəyləri ATƏT-in missiyası vasitəsilə tanış olmağı tövsiyə edib.
“Azərbaycanda prezident seçkilərini diqqətlə izləyirik. Qarşıda duran seçkilər haqqında rəylərlə bağlı ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasına üz tutmağınızı tövsiyə edirəm”-deyə Dövlət Departamentinin sözçüsü vurğulayıb.