“ABŞ Azərbaycandakı prezident seçkisini diqqətlə izləyir”-Dövlət Departamenti

“ABŞ Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyir”.

Azpost.info bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

O, Turan İA-ya seçki prosesi ilə bağlı rəyləri ATƏT-in missiyası vasitəsilə tanış olmağı tövsiyə edib.

“Azərbaycanda prezident seçkilərini diqqətlə izləyirik. Qarşıda duran seçkilər haqqında rəylərlə bağlı ATƏT DTİHB-nin seçkiləri müşahidə missiyasına üz tutmağınızı tövsiyə edirəm”-deyə Dövlət Departamentinin sözçüsü vurğulayıb.

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.