ABŞ Banqladeşin ölkədən qaçan baş nazirinin vizasını ləğv edib

ABŞ Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanın ABŞ vizasını ləğv edib.

Azpost.info xəbər verir ki, bu barədə “New18” telekanalı məlumat yayıb.

Şeyx Hasinanın Amerika vizası ABŞ da daxil olmaqla Qərb ölkələrinin onun hakimiyyətdən uzaqlaşdırılmasını istəməsi ilə bağlı xəbərlər fonunda ləğv edilib.

Şeyx Hasina iğtişaşlar fonunda istefa verib və ölkəsini tərk edib, etirazçılar onun iqamətgahına basqın ediblər, ölkədə kütləvi yanğınlar və talanlar başlayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Sosial şəbəkədə övladını satmaq istəyən ana haqqında araşdırma başlanıb

Sonrakı məqalə

“İsrail və İran arasında münaqişə böyük müharibəyə səbəb ola bilər”