ABŞ Buçadakı qətllərə görə 2 rus hərbçisinə sanksiya tətbiq etdi

ABŞ Ukraynanın Buça və Andreyevka şəhərlərində dinc sakinləri öldürməkdə ittiham olunan iki rus hərbçisinə qarşı sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, ABŞ Dövlət Departamenti siyahıya “Buça qəssabı” kimi tanınan Rusiya ordusunun polkovniki Azatbek Omurbekov və hərbçi Daniil Frolkinin daxil olduğunu bildirib.

Omurbekov, Frolkin və onların ailələrinin ABŞ-a girişi qadağan edilib.

2022-ci ilin avqustunda Daniil Frolkin jurnalistlərə Andreyevka kəndində bir mülki vətəndaşı öldürlməsi ilə bağlı etiraf edib. Həmçinin silahsız ukraynalıların qətlinə əmr verən komandirlərin adlarını açıqlayıb. Həmin komandirlərdən biri polkovnik-leytenant Azatbek Omurbekovdur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.